HAQQIMIZDA

Son illər Azərbaycan iqtisadiyyatının inkişafı, dövlət tərəfindən aparılan uğurlu iqtisadi islahatlar, yaradılmış əlverişli sərmayə mühiti ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasını mümkün etmişdir.
On il əvvəl yaradılan “Santral Elektrik” LTD şirkəti belə uğurlu iqtisadi siyasətdən bəhrələnərək müştərilərə müasir tələblərə cavab verən məhsullar və xidmətlər təklif edir. Fəaliyyət dairəsini daima genişləndirərək dünyanın ən tanınmış şirkətləri ilə işgüzar əlaqələr yaradılmaqla yanaşı, bu şirkətlərin məhsullarını müştərilərə yüksək səviyyədə təqdim edə biləcək peşəkar mütəxəssislər şirkətin işinə cəlb edilir.

Bizim missiyamız

Azərbaycanda ən iri şirkətlərdən biri olan "Santral Elektrik" şirkətinin missiyası, onun fəaliyyət önəmini aşkarlayaraq, şirkətin Respublika iqtisadiyyatında rolunu qabarıq şəkildə nümayiş etdirir. "Santral Elektrik", öz missiyasını fəaliyyət effektivliyində və korporativ sosial məsuliyyət tələblərinə cavab verən mütərəqqi biznes standartların inkişafında görür. Missiyasına uyğun şəkildə şirkət korporativ və fərdi müştərilərin və eləcə də bütün maraqlı tərəflərin biznes mənafelərinə cavab verən müasir həll yollarını təklif edir. Yüksək səviyyəli xidmətlər təklif edən "Santral Elektrik", öz şirkətinin profilinə uyğun şəkildə yatırımlar edir və respublikada iqdisadi inkişafa təkan verən biznesini hər zaman təkmilləşdirir. "Santral Elektrik" şirkətinin missiyası, onun respublikada effektiv və qabaqcıl şirkət olmaq məqsədinə üulluq edir. 


 


ətraflı...