Haqqımızda

2000-ci ildə təsis olunmuş “Santral” şirkəti Azərbaycanın iri ticarət şəbəkələrindən biridir. “Santral” evlərin abadlaşdırılması və müəssisələrin avadanlıqla təmin olunmasına yönəlmiş fəaliyyəti ərzində Azərbaycanın tanınmış və müasir satış mərkəzlərinə çevrilmişdir. Ən geniş çeşidli məhsullar, səmərəli qiymət siyasəti və peşəkar xidmətlər göstərməyimizin sayəsində bu cür statusa malik olmağa müvəffəq olmuşuq. Hazırda, “Santral” şəbəkəsinə ümumi sahəsi 16 000 kvadrat metr olan və Bakının müxtəlif yerlərində fəaliyyət göstərən 5 satış mərkəzi daxildir. 25 – 30 min məhsul çeşidini təklif edən hər satış mərkəzin sahəsi 500— 8000м² təşkil edir.