Santral Elektrik – Panasonic Eco Solutions Türkiye şirkətinin Azərbaycandakı strateji tərəfdaşı

3 oktyabr 2017-ci ildə Bakıda Panasonic və Santral Elektrik şirkətlərinin əməkdaşlığının yeni mərhələsinə həsr olunmuş təntənəli təqdimatı keçirildi.

Öz məhsulunu 70-dən çox Asiya, Afrika, Yaxın Şərq və Avropa ölkəsinə ixrac edən Panasonic Eco Solutions Azərbaycanda liderliyə yönlənmiş və məhz bunun üçün Santral ticarət şəbəkəsini ölkəmizdə özünə strateji tərəfdaş seçmişdir.

Təqdimatda 100-yə yaxın qonaq, o cümlədən Santral Elektrik şirkətinin baş direktoru Fərid Fərhadzadə və Panasonic Eco Solutions şirkətinin (Türkiyə) baş direktoru Nüsret Kayhan Apaydın iştirak etmişlər.

Panasonic şirkəti, sərmayə qoyaraq və “VİKO” türk brendini öz portfelinə daxil edərək, hazırda Panasonic Eco Solutions Elektrik Sanayi ve Tic. A.Ş. kimi Türkiyə ərazisində fəaliyyət göstərir və elektrik açar – yuvalar, evlər və ofislər üçün digər elektrotexnika malları bazarında əsas iştirakçıya çevrilir.

Santral Elektrik bir sıra aparıcı Avropa və dünya brendlərinin Azərbaycanda rəsmi və eksklüziv distribütorudur. Hazırda Santral 30.000-dək müxtəlif çeşidli məhsul təqdim edən 5 satış mərkəzinə malikdir ki, onların ümumi ərazisi 16.000 kv. m təşkil edir. Bu satış mərkəzlərinin hər birində Panasonic xüsusi texnologiya ilə hazırlanmış bir çox növ elektrotexnika məhsullarını təklif edir.