Əsas fəaliyyətimiz

Texniki bölmə

Yarandığı gündən etibarən, “Santral” şirkəti məişət ehtiyacları və kiçik tikinti-istismar şirkətlərindən iri dövlət şirkətlərinədək müxtəlif müəssisələr üçün nəzərdə tutulmuş sənaye, tikinti və elektrik texniki avadanlıqlarının geniş spektrinin kompleks şəkildə təchizatı üzrə fəaliyyət göstərir.

Yuxarıda sadalanan avadanlıqlarla yanaşı, şirkətimiz məişət və bağ-park texnikasının da geniş seçimini təklif edir.

İşıqlandırma bölməsi

Öz fəaliyyətinin başlanğıcından şirkət, etibarlılıq, təhlükəsizlik və enerjiyə qənaət baxımından müasir tələblərə cavab verən aparıcı Avropa brendlərinin müxtəlif kateqoriyalı işıqlandırma cihazlarının satışını da müvəffəqiyyətlə həyata keçirir.

Bizim mütəxəssislərimiz istənilən yerdə uyğun ab-hava yaratmaqda, yəni mənzillərin, ofislərin, evlərin və binaların, həmçinin küçələrin, meydanların, parkların, stadionların, konsert meydançalarının və s. ərazilərin işıqlandırılmasında öz müştərilərinə yardım edəcəklər. Biz məhsulumuzun keyfiyyətinə və şirkətimizin zəngin iş təcrübəsinə əsaslanan peşəkar xidmətə zəmanət veririk.

Mebel bölməsi

2007-ci ildən başlayaraq, şirkətimiz müxtəlif təyinatlı mebel təchizatı ilə məşğul olur. Ev, bağ və ofis üçün mebellər “Santral” şirkətinin üç iri dükanında təqdim olunmuşdur.

Şirkətimiz müştərilərin texniki tapşırığına uyğun olaraq dünyanın mebel istehsalı üzrə aparıcı ölkələrindən təchiz edilən mebellərin seçimi və komplektasiyası, 3D modellərinin yaradılması, mebellərin düzülməsi üzrə eskizlərin hazırlanması, fərdi sifarişə əsasən mebel layihələrinin işlənib hazırlanması, mebel sifarişi dəyərinin hesablanaması, həmçinin mebellərin çatdırılma və quraşdırılması kimi xidmətlər göstərir.

Keramika bölməsi

2007-ci ildən başlayaraq, şirkətimiz premium və orta seqment üzrə santexnika, keramik plitə və döşəmələrin təchizatı üzrə fəaliyyət göstərir. Şirkətimiz müştərilərin texniki tapşırığına uyğun olaraq dünyanın santexnika materiallarının istehsalı üzrə aparıcı ölkələrindən təchiz edilən santexnikanın seçimi və komplektasiyası, məhsulun 3D modellərinin yaradılması, eskizlərin hazırlanması, fərdi sifarişə əsasən keramika layihələrinin işlənib hazırlanması, məhsulların qiymətinin hesablanması, həmçinin onların çatdırılma və quraşdırılması kimi xidmətlər göstərir.